Orbanın korteji Almaniyada qəzaya düşdü: Ölən var

Macarıstan Baş naziri Viktor Orbanın korteji Almaniyanın Ştutqart şəhərində hava limanı yolunda qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Məlumata görə, hadisə hava limanından 8 kilometr aralıda baş verib. BMV markalı avtomobilin sürücüsü olan 69 yaşlı qadın Orbanın korteji üçün qoyulmuş şlaqbaumu görməyərək yoluna davam edib. Bu zaman o, baş nazirin kortejində olan motosikletə çırpılıb. İkinci motosiklet də başqa bir avtomobillə toqquşub və yanacaq çəninindən benzinin sızması nəticəsində yanğın baş verib.

Qəza nəticəsində hər iki polis yaralanıb. Onlardan biri xəstəxanada ölüb.

Qeyd edək ki, Viktor Orban Avro-2024-lə bağlı Almaniyada səfərdədir.

COP29