“Millətimizin dəstəyi qəhrəman ordumuzun əhval-ruhiyyəsini gün keçdikcə daha da yüksəltməkdədir”.
Bu sözləri Türkiyənin Quru Qüvvələrinin keçmiş komandiri, ordu generalı Erdal Ceylanoğlu TSK-nın terrorçulara qarşı Afrində təşkil etdiyi əməliyatı Yenicag.az-a şərh edərkən deyib.
“Terror təşkilatı PYD/YPG-nin Türkiyənin təhlükəsizliyinə təhdid yaratdığı nöqtələrdən biri Afrin bölgəsidir. Bu baxımdan, Silahlı Qüvvələrimizin həmin mövqedə əməliyyat təşkil etməsi çox düzgün qərardır. Hərbi-siyasi və diplomatik cəhətdən də əməliyyatın çox yaxşı təşkil edildiyini, uğurla həyata keçirildiyini görürük.
Millətimizin dəstəyi qəhrəman ordumuzun əhval-ruhiyyəsini gün keçdikcə daha da yüksəltməkdədir. Bölgədəki şəraitin yarada biləcəyi çətinliklərə baxmayaraq, ordumuzun bu əməliyyatı uğurla davam etdirəcəyinə və bölgəni terror təşkilatının ünsürlərindən təmizləyərək Afrinin üzərinə Türk bayrağını sancacağına hamımız əmin olmalıyıq. “Zeytun budağı” əməliyyatının əhəmiyyəti və dəyəri o vaxt daha yaxşı başa düşüləcəkdir”.