Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, 1 may 2018-ci il tarixədək fonda 90.425.728,04 AZN, 213.577,88 ABŞ dolları, 11036,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilib.