!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ordubadda ağır QƏZA: Ata və oğul öldü

!Reklam – Yazi

Ordubad rayonunda yol qəzası baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 18-i saat 17 radələrində Ordubad rayonunun Düylün kəndi ərazisində Üstüpü kənd sakini Xəlil Əliyevin idarə etdiyi “VAZ-2106” və Yuxarı Əndəmic kənd sakini Q.Rzayevin idarə etdiyi “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə X.Əliyev və sərnişini olan oğlu Elcan aldıqları xəsarətlərdən hadisə yerində ölüb, Q.Rzayevin sərnişini isə xəstəxanaya yerləşdirilib.

Ordubad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv