Ordubadda sirkə içən qadın ÖLDÜ

Ordubadda sirkədən zəhərlənən 54 yaşlı qadın ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Əndəmic kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1970-ci il təvəllüdlü Hacıyeva Bəyim Ələkbər qızı sirkə içib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ordubad rayon prokurorluğunda araşdırma aparılır.

COP29