“Biz ordudakı satqınları üzə çıxardıq”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, ordudakı satqınlar istisna olunmaqla bütün şəxsi heyət 2016-cı ilin aprelində tərəddüd etmədən döyüşə atılıb: “Bir əsgər, zabit və generalda tərəddüd yox idi. Döyüş çətin idi, çünki döyüş düşmənlə birbaşa təmasda gedirdi. Elə yerlər vardı ki, düşmənlə aramızda 50 metr məsafə vardı. Döyüş başlayanda mən Lələtəpə istiqamətində idim, komanda qərargahım cəbhənin Lələtəpə istiqamətində yerləşirdi, döyüşü oradan idarə edirdim, bütün proses mənim gözümün qarşısında baş verirdi. Sonra yerimi Talış istiqamətinə dəyişdim”.