Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Orduların reytinqi açıqlandı - Azərbacan neçəncidir?

Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.

Yenicag.az xəbər verir ki, bu barədə “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda bildirilib.

Təşkilatın 2019-cu il üzrə siyahısında Azərbaycan Ordusu gücünə görə 52-ci yeri tutub. Cənubi Qafqazın digər ölkəsi Gürcüstan dünyada 85-ci sırada qərarlaşıb, Ermənistan isə 96-cı yerdədir.

Dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələridir. Hərbi gücünə görə, Rusiya 2-ci, Çin 3-cü, Hindistan 4-cü, Fransa 5-ci, Yaponiya 6-cı, Cənubi Koreya 7-ci, Böyük Britaniya 8-ci sıradadır.

Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu güclü ordusudur. Türkiyə ordusu NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir.

İlk onluğa daxil olan sonuncu ölkə isə Almaniyadır.

İran isə siyahıda 14-cü yeri tutub.

137 ölkənin daxil olduğu siyahıda sonuncu yerdə Butandır./Report/

www.yenicag.az

3036