!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ordumuz Qarabağda müasir savaşın necə aparıldığını araşdırır” – Ukraynanın XİN rəhbəri / VİDEO

!Reklam – Yazi

“Azərbaycanın Dağlıq Qarabağda apardığı müharibə bizə müasir savaşın yeni elementlərini göstərdi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri “Anadolu” Agentliyinə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında tətbiq etdiyi döyüş taktikasını dəyərləndirərkən deyib.

Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən Kuleba Qarabağ savaşından mühüm dərslərin çıxarıldığını vurğulayıb:

“Ukrayna hər zaman Azərbaycanın ərazi bötövlüyünü və suverenliyini dəstəkləyib. Biz Dağlıq Qarabağ probleminə beynəlxalq hüquqi çərçivədə baxırıq, bu məsələdə Türkiyə ilə eyni mövqedəyik.

Həlli uzanan münaqişələr ilk baxışda “dondurulmuş” kimi görünsə də, vəziyyət hər an partlamağa hazırdır. Bu, dünyada həllini gözləyən bütün münaqişələrə aiddir. Dağlıq Qarabağ münaqişəsindən çıxarılacaq ən mühüm dərs də budur.

Bu, xüsusilə, bizim üçün mühüm bir məsələdir. Rusiyanın təcavüzkar siyasəti ilə qarşı-qarşıyayıq. Krım Rusiya təırəfindən qeyri-qanuni şəkildə ilahq edildi, əsgərlərimiz şərqdə hələ də öldürülürlər. Atışmalar az olsa da, davam edir.

Heç bir şey unudulmamalıdır. Azərbaycanın Dağlıq Qarabağda apardığı müharibə bizə müasir savaşın yeni elementlərini göstərdi. Ukrayna Ordusunun generalları Dağlıq Qarabağda müasir savaşın necə aparıldığını örnək olaraq, araşdırırlar”.

Aqil Bəkir

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv