Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş verən bədbəxt hadisə nəticəsində vəfat edib.
Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyi hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Allah rəhmət eləsin!