Ordumuzun mayoru vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu vəfat edib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, noyabrın 17-də səhər saatlarında yaşadığı ünvanda hemorragik insult səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!