Dövlət Sərhəd Xidməti tərəfindən şərti sərhəddə həyata keçirilən 2Qisas” əməliyyatı nəticəsində ölən daha bir hərbçinin kimliyi məlum olub.
Yenicag.az xəbər verir ki, onlardan biri 1982-ci il təvəllüdlü Qaqik Varazdati Manukyandır.
Məlumata görə, Q.Manukyan 2020-ci ildə 44 günlük Vətən müharibəsində də iştirak edib.
***
Fevralın 13-də şərti sərhəddə Nerkin-And kəndi istiqamətində ölən erməni hərbçilərdən birinin fotoları yayılıb.
Globalinfo.az xəbər verir ki, onun 1979-cu il təvəllüdlü İrəvan sakini Arsen Ambartsumyan olduğu bildirilir.
Məlumata görə, Ambartsumyan “Yerkrapah” hərbi təşkilatının üzvü olub, “Fedya” ləqəbi ilə tanınıb.