!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ordumuzun mövqeləri atəşə tutuldu

!Reklam – Yazi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Məzəm kəndlərində, Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Sarıcalı, Füzuli rayonunun Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

www.yenicag.az

5397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv