Ordumuzun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutuldu

İyunun 12-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, – məlumatda deyilir.

COP29