Ordumuzun Şuşanı atəşə tutması xəbəri növbəti yalandır – MN

Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır.

Müdafiə Nazirliyindən (MN) Yenicag.az-a bildirilib ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir.