Ordumuzun tank bölmələri döyüş atışları icra etdi – VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində döyüş atışları icra olunub.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüş maşınlarının idarə olunması vərdişlərini təkmilləşdirən tank heyətləri təyin olunmuş hədəflərə praktiki atışlar icra edib.