Ordumuzun zabiti vəfat etdi

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!” – məlumatda deyilir.