Rusiyada orduya qarşı səsləndirilən fikirlərə görə toplanan cərimələrin məbləği açıqlanıb.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra ordunun aşağılanmasına görə cəzaların sərtləşdirilməsi rusiyalılara baha başa gəlir.
Məlumata görə, bu ilin ilk 6 ayında Rusiya məhkəmələri 2504 nəfərin müxtəlif məbləğlərdə cərimələnməsinə, 87 nəfərin isə fərqli müddətlərə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.
Qeyd olunur ki, vətəndaşlara kəsilən cərimələrin ümumi məbləği 85,7 milyon rubl təşkil edib.
Bununla belə, hüquq müdafiəçiləri bildiriblər ki, bu, ötən ilin eyni dövründə toplanan cərimələrin məbləği ilə müqayisədə xeyli azdır.
Onların fikrincə, bunun səbəbi Rusiyada narazı elektoratın aktiv hissəsinin ölkəni tərk etmə tendensiyasının artmasıdır.