“Ordunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır”

“Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır”.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə keçirilən tədbirdə deyib.

O, bayram münasibətilə prezident İlham Əliyevin təbriklərini çatdırıb.

Nazir qeyd edib ki, ordu quruculuğu sahəsində bu gün ardıcıl birgə tədbirlər keçirilir:

“Bu tədbirlər davam edəcək. Birgə fəaliyyətimiz bölgədə sülh və sabitliyin qorunmasına xidmət edir. 44 günlük müharibə dövründə Azərbaycan xalqı Türkiyənin dəstəyini tam hiss edib”.

COP29