!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orduxanın "gülləməsi": "Məscidlərimiz erməni donuzlarının tapdağı altındadır, amma..." - VİDEO

!Reklam – Yazi

Hollandiyada yaşayan mühacur Orduxan Teymurxan bu dəfə erməni vandalizmini pərdələyən çıxışı ilə diqqət mərkəzinə düşüb.

Yenicag.az xəbər verir ki, Orduxan sosial şəbəkələrdə yayımlanan çıxışında ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindəki məscid və qəbirləri dağıtmadıqlarını iddia edəcək qədər “irəli gedib”:

“Ermənilər bütün məzarları dağıtmayıblar. Düzdür, bizim məzarlarımız, məscidlərimiz erməni keçilərinin, erməni donuzlarının ayağı altındadır. Amma onlar bilərəkdən vandalizm formasında o qəbirləri dağıtmayıblar. Dağıtmırlar da…”

Göründüyü kimi, Avropada məskunlaşdıqdan sonra qatı erməni təəssübkeşinə çevrilən Orduxan və onun kimiləri maddi təminatlar qarşılığında hər cür rəzalətə baş vurmaqdan çəkinmirlər. Orduxanın bu fikirləri ilə bağlı Yenicag.az-a danışan ekspert Əlabbas Məhərrəmov hesab edir ki, erməni vandalizmini pərdələməyə çalışan şəxsin etnik mənsubiyyəti şübhə doğurur:

“Azərbaycandan Avropaya getmiş müxalifyönlü şəxslərin siyasi xarakterli çıxışlarını haradasa başa düşmək olar. Yəni onların əsaslı-əsassız fikirləri siyasi məzmun daşıyır və o kontekstdə də adekvat reaksiyalar doğurur. Lakin Hollandiyaya sığınmış Orduxan adlı mühacirin sosial şəbəkələrdəki fəallığı başqa istiqamətdədir. Onun son paylaşımı isə ümumiyyətlə, o şəxsin milli mənsubiyyətini şübhə altına alır. Adam öz kimliyini nə qədər itirməlidir ki, ermənilərin işğal olunmuş ərazilərimizdəki tarixi abidələri, məscid və məzarlıqları dağıtmadığını desin. Bunun nə izahatı, nə də bəraəti var. Ümumiyyətlə, belə şəxslərin bu xalq üçün “itirilmiş” sayılması lazımdır. Xalqımıza qarşı qanlı əməllərinə iki əsrdir, ara verməyən, uşaq, qadın, qoca bilmədən soydaşlarımızı qətlə yetirən, 1905, 1918 və 1992-ci illərdə soyqırım törədən erməniləri dəstəkləyən şəxs getsin milliyyətini və pasportunu da erməniləşdirsin”.

A. Zeynalov

www.yenicag.az

4126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv