Orduya yığılan pulun həcmi açıqlandı

orduBu il yanvarın 1-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 yanvar 2017-ci il tarixədək 79.212.496,09 AZN, 212.373,88 ABŞ dolları, 5935,69 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Fond Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiqlənib.

 

Yenicag.az