!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Organik Food Festival - Ziyarətçiləri nələr gözləyir?

!Reklam – Yazi

21-23 iyun tarixində Azərbaycanda ilk dəfə Dənizkənarı Milli Parkda Organik Food Festival keçiriləcək.

Yenicag.az xəbər verir ki, festival Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Ticarət Şirkətinin dəstəyi, Proaktiv şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

Bu gün Organik Food Festival ilə bağlı mətbuat konfransı keçirilib.

Konfransda bildirilib ki, layihə “Made in Azerbaijan” brendinin təşviqini hədəfləməklə yanaşı, Azərbaycanda satışı həyata keçirilən ekoloji sağlam beynəlxalq qida və içki markalarının mövcud və potensial istehlakçı auditoriyası ilə birbaşa əlaqə quracağını hədəfləyib.

Bundan əlavə mətbuat konfransında qeyd edilib ki, qida sənayesi üzrə yerli və beynəlxalq avadanlıqlar, qida və qida mədəniyyəti ilə bağlı müxtəlif məhsullar və xidmətlər nümayiş etdiriləcək.

Layihədə 40-dan artıq yerli və beynəlxalq markalar məhsullarını nümayiş etdirəcək.

Təşkilatçılar 5 mindən çox ziyarətçi hədəflədiklərini də vurğulayıblar.

 

www.yenicag.az

1751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv