Orijinal ətiri saxtadan ayırmağın 6 yolu – Mütəxəssis məsləhətləri

Original və saxta ətir arasında diqqətə çarpacaq dərəcədə fərqlər vardır. Saxta, yəni sağlamlığa zərərli olan ətirlər hər birimizin səhhətini təhlükə altında qoyur. Ətirin qablaşmasına, seriya nömrəsinə, qoxu performansına və qapağının dizaynına baxaraq onun həqiqi ətir olub-olmadığını anlaya bilərsiniz.

Sadalayacağımız nüanslara diqqət edərək orijinal ətirlə, saxta ətiri rahat şəkildə ayırd edə bilərsiniz.

1. Əvvəlcə qablaşdırmanı diqqətlə araşdırmalısınız. Qablaşdırmada birləşmə yerləri tamamilə düz olmalıdır. Qutunun üstündə və ya altında düzbucaqlı və ya yuvarlaq möhür görüntüsü olmalıdır.

2. Barkoda baxırıq, parfümün istehsal olunduğu ölkənin barkoduna uyğun olmalıdır. Əsl fransız ətri heç vaxt Çində və ya Banqladeşdə “lisenziyalaşdırılmır”. Fransız ətirləri Fransada qablaşdırılır. Əsas istehsalçı ölkələrin barkodlarının ilk rəqəmləri:

Fransa – 30-37, İtalya – 80-83, Böyük Britaniya – 50, Almaniya – 400-440, İspaniya – 84, ABŞ və Kanada – 00-09.

3. Orijinal ətir şüşəsinin alt hissəsində buraxılan partiyanın seriya nömrəsi ilə birlikdə hər zaman nazik şəffaf bir etiket olur. Etiet markadan asılı olaraq bir neçə rəqəm və ya rəqəm və hərfdən ibarət ola bilər. Orijinal ətirlərdə bu rəqəmlər həmişə üst-üstə düşür.

4. Qutunun içindəki karton
Ümumiyyətlə, orijinal ətir istər karton, istərsə də plastik olsun, bir növ “çərçivə”yə alınır, bununla da ətir şüşəsinin sınmaması və qutuda sallanması təmin edilir. Şüşə qutuda tərpənirsə, çox güman ki,  bu ətir saxtadır.

5.  Həqiqi parfümlər ümumiyyətlə sadəcə “Made in France” və ya “Made in Italy” karton qutunun üstünə kiçik çap şəklində yazılır. Əgər belə bir nişan yoxdursa və ya “Paris-London-New-York” kimi qəribə bir yazı yazılıbsa, bu saxtadır.

6. Orijinal məhsullarda ətrin istehsal tarixi, son istifadə tarixi və məhsulun tərkibi həmişə kiçik çap şəklində qeyd olunur.

Hazırladı: Cəmilə Çebotareva