Orijinal “WhatsApp” ilə “kloun”larının fərqi

Orijinal “Whatsapp” “kloun”ları ilə müqayisədə daha geniş funksionallığa sahibdir. 

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, buna görə də istifadəçilərin messencerin “kloun”larına marağı daha çoxdur.

Bu maraq FMWhatsapp, YoWhatsapp, GBWhatsapp və s. – “kloun”larda əlavə funksiyaların mövcudluğu ilə izah edilir.

Məsələn, Afrikada populyar olan “GBWhatsApp” tətbiqetməsi kontaktdan silinmiş istifadəçilərin statusuna baxmağa imkan verir. “FMWhatsApp”, “YoWhatsApp” və onlara oxşar kliyentlər bir qurğuda bir neçə hesaba daxil olmaq imkanına və ya böyük ölçülü faylların göndərilməsi dəstəyinə malikdirlər.

Analitiklərin məlumatına görə, Nigeriya, Keniya və Cənubi Afrikada belə mobil proqramlar orijinal “WhatsApp” messencerindən daha populyardırlar.

Bununla belə klon tətbiqdən istifadə edən istifadəçilər rahatlıqla orijinal Whatsapp işlədən istifadəçilər ilə əlaqə yarada bilirlər.

“Facebook” tərəfindən belə proqramlar seqmentinə nəzarət cəhdləri praktik olaraq uğursuzdur.

Belə ki, şirkət həmin tətiqləri bloklayandan sonra tərtibatçıları digər adlar altında bu cür klonları istifadəyə verirlər.