“Orion” kosmik gəmisi bu tarixdə Yerə qayıdacaq

“Artemis I” missiyası çərçivəsində orbitə buraxılan “Orion” kosmik gəmisi Ayın orbitini tərk edərək dekabrın 11-də Yerə qayıdacaq.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsinin (NASA) yaydığı bəyanatda bildirilib.

NASA-nın məlumatına görə, “Orion” dekabrın 1-də Ay səthini tərk etmək üçün mühərrikini işə salıb. Dekabrın 5-də cihaz Yerin təbii peykinin səthindən 126,7 kilometr hündürlüyə qalxacaq və dekabrın 11-də San Dieqo şəhəri yaxınlığında Sakit okeana enəcək.