!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orqanı itirilən xəstə üsyan etdi: “Dalağım haradadır?” - FOTO

!Reklam – Yazi

Türkiyədə dalaq böyüməsi diaqnozu ilə əməliyyat edilən xəstə Əhməd Qıralın dalağı itib.

Yenicag.az xəbər verir ki, bu tragikomik hadisə Türkiyənin Yalova rayonunda qeydə alınıb.

Dalaq böyüməsi diaqnozu qoyularaq əməliyyat edilən Əhməd Qıralın çıxarılan orqanı xəstəliyin səbəbinin müəyyənləşdirilməsi üçün patologiya şöbəsinə göndərilib və nəticələrin 15 gün ərzində açıqlanacağı xəstəyə bildirilib.

2020-ci il noyabrın 10-da əməliyyat edilən Əhməd Qıralın xəstəxanaya dəfələrlə müraciət etməsinə baxmayaraq, ötən 3 aya yaxın müddət ərzində heç bir cavab ala bilməyib.

Qırala daha sonra xəstəxanadan zəng edərək karqo ilə patalogiya şöbəsinə göndərilən dalağın karqo şirkətində itirildiyi bildirilib. Sonradan məlum olub ki, xəstəxana dalağı “standart karqo” olaraq qeydiyyatdan keçirib və orqana “xüsusi yanaşma” qrifi qoymayıb.

Səhiyyə Nazirliyi ilə razılaşdırılmış şəkildə həyata keçirilməli olan orqan daşınması prosesinin adi karqo şirkəti vasitəsilə həyata keçirilməsi hadisəni məhkəməyə daşıyıb. Əhməd Qıral xəstəxananı məhkəməyə verib. Bu barədə yerli mediaya açıqlama verən Əhməd Qıral isə haqlı olaraq bu sualı səsləndirib: “Dalağım haradadır?”

www.yenicag.az

1856
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv