Ananas sərt, sivri yarpaqları və iri meyvəsi olan yer bitkisidir. Ananasın tərkibi çoxlu miqdarda qida lifləri, təbii turşular, kalium, kalsium, fosfor, dəmir, sink, maqnium, marqanes və yodla zəngindir. Bundan başqa ananas B1, B2, B12, PP və A vitaminləri ilə zəngindir. Bütün bunlar ananasın tərkibini insan orqanizmi üçün əvəzolunmaz edir. Ananasın tərkibində olan bioloji aktiv maddələr onun tərkibinin unikal olduğunun göstəricisidir. Ananas həzm sisteminin fəaliyyətini sürətləndirir, mədə şirəsinin tərkibindəki fermentləri aktivləşdirir. Buna görə də mütəxəssislər insanlara hər gün ananas şirəsi içməyi və ya bir dilim təzə anans yeməyi məsləhət bilir.
Yenicag.az xəbər verir ki, sağlamolun.az ananasın xeyrlərini araşdırıb:
Ananas arterial təzyiqi aşağı salır, qanı təmizləyir, ürək-damar xəstəliklərinin əmələgəlmə riskinin qarşısını alır. Ananasın tərkibində bromelin fermenti var. Bu ferment orqanizmin cavanlaşmasına və artıq piylərdən azad olmasına səbəb olur. Bromelin arıqlamaq üçün müasir tibbdə istifadə olunan aktiv qida əlavələrindən biridir. Artıq çəkidən azad olmaq istəyənlər üçün ananas ən yaxşı qida vasitəsidir. Onun tərkibində olan serotonin hormonu aclıq hissinin aradan qalxmasına səbəb olur. Orqanizmin çəkisinin azalması və artıq şlaklardan xilas olmaq üçün bəzi dietoloqlar pasiyentlərinə həftədə bir dəfə “anans günü” təyin etməyi məsləhət bilir. Bu zaman pasiyent həftədə bir dəfə, gün ərzində hər dəfə acdığında ananas şirəsi qəbul edir.
Ananasdan həm yeməklərdə, həm salatlarda, həm də şirniyyatlarda geniş istifadə olunur. Ananas orqanizmdə aşağıdakılara səbəb ola bilir:
– Həzm sistemini yaxşılaşdırır.
– Arterial təzyiqi aşağı salır.
– Qanı təmizləyir.
– Arıqlamağa yardım edir.
– Orqanizmi cavanlaşdırır.
– Qanda serotoninin miqdarını artırır.
– Orqanizmdən artıq mayenin çıxmasına səbəb olur.
Ananasın ziyanı:
Qastritdən əziyyət çəkənlərə və mədə turşuluğu çox olan adamlara ananasdan çox istifadə eləmək olmaz. Bu əlamətlərin artmasına və xəstənin narahatlığına səbəb ola bilər.