!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Orqanlarını vəsiyyət etmək indiki halda rüsvayçılıqdır” – Musa Quliyev

!Reklam – Yazi

“Meyitdən orqan köçürülməsi üçün ilk olaraq qanunvericilik sahəsində dəyişiklik etmək lazımdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib. O bildirib ki, meyitdən orqan köçürülməsi üçün beyin ölümünün təstiqlənməsi ilə bağlı Nazirlər Kabineti komissiya yaratmalıdır:

“Bunun üçün ilk növbədə beyin ölümünün kriteriyaları müəyyənləşdirilməlidir. Daha sonra Nazirlər Kabineti bununla bağlı qərar verməli və beyin ölümünün baş verməsini təstiq edən komissiya yaradılmalıdır. Məhz bu komissiya yaradıldıqdan sonra hansı klinikalarda meyitdən orqan götürülüb-götürülməməsini müəyyənləşdirmək olar. Bildiyim qədərilə bu sahədə Səhiyyə Nazirliyi və Nazirlər Kabineti müvafiq işlər aparır.

Həmçinin qanunvericilik sahəsində də müəyyən dəyişikliklər etmək lazımdır. Çünki “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun 1999-cu ildə qəbul olunub və bundan sonra yalnız canlı donordan orqan götürülməsi tətbiq olunub. Bu məqsədlə də Milli Məclisin Səhiyyə komitəsi olaraq dinləmə keçirməyi, mütəxəssislər dəvət edərək müzakirələr aparmağı düşünürük”.

Deputat həmçinin dünyasını dəyişdikdən sonra orqanının bağışlanmasını vəsiyyət edən şəxslər haqqında da fikir bildirib:

“Bu vəziyyət daha çox populist bir addımdır. Əgər hazırda meyitdən orqan götürülməsi ilə bağlı kriteriyalar müəyyənləşməyibsə, komissiya yaradılmayıbsa, bunun üçün klinikalar ayrılmayıbsa, belə bir addım atmaq rüsvayçılıqdan başqa bir şey deyil. Reallığa qaldıqda isə bizim hər birimiz bu sahədə nümunə olmalıyıq. Yalnız millət vəkilləri deyil, tanınmış ictimai xadimlər, digər peşə sahibləri, din xadimləri də cəmiyyətə nümunə olmalıdır”.

Qeyd edək ki, orqanlarının bağışlanması ilə bağlı vəsiyyət yazanlar arasında millət vəkili Qənirə Paşayeva da var. Məsələ ilə bağlı onunla əlaqə yaratmağa çalışsaq da, millət vəkili xaricdə olduğu üçün telefona cavab verməyib.

Elvin Paşazadə

www.yenicag.az

1991
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv