Orta ixtisas təhsili üzrə yeni ixtisas yaradıldı

Orta ixtisas təhsili üzrə yeni ixtisas yaradılıb.

Yenicag.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda müvafiq dəyişiklik edib.

Qərara əsasən, Humanitar və sosial ixtisaslar qrupuna Hüquq mühafizə fəaliyyəti ixtisası əlavə edilib.

Bu qərar 2020-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.