Orta məktəbdə skandal: Şagirdi ilə eşq yaşayan qadın müəllim həbs edildi – FOTO

ABŞ-da 23 yaşlı qadın müəllim şagirdi ilə cinsi münasibətdə olub.

Yenicag.az xəbər verir ki, müəllim hadisəsinin üstü açılan anda polis tərəfindən saxlanılıb.

Hadisə məktəbdə oxuyan başqa bir şagirdin hadisə barədə məktəb rəhbərliyinə məlumat verməsi ilə aşkara çıxıb. Müəllimi ilə eşq yaşayan şağirdin 15 yaşı olduğu bildirilir.

Vilayət qanunlarına görə, cinsindən asılı olmayaraq, uşağın razılığı olması halında belə azyaşlı ilə cinsi əlaqəyə girmək təcavüz sayılır. Müəllimə təcavüz maddəsi ilə cinayət işi açılıb. Məktəb həmin qadının qovulduğunu bildirib.