Orta məktəbdə yanğın – Tovuzda

Tovuz rayonunda orta məktəbdə yanğın baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir, hadisə rayonun Aşağı Quşçu kəndindəki İmran Mürşüdov adına orta məktəbdə qeydə alınıb.

Əraziyə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.