!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orta məktəblərdən silah-sursat yığışdırılır – Rəsmi

!Reklam – Yazi

sdhjgfryrt_35786776Azərbaycanın ümumtəhsil məktəblərindən döyüşə yararlı silahlar yığışdırılır. Təhsil müəssisələrindən silah-sursatın yığışdırılması bədbəxt hadisələrin qarşısını almaq məqsədilə həyata keçirilir.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərindən döyüşə yararlı təlim silah-sursatının yığışdırılması prosesinə hələ ötən əsrin 90-cı illərindən başlanılıb.

Nazirlikdən verilən məlumata görə, 2014-cü ildə şagirdlərin təhlükəsizliyi baxımından bu məsələ ilə bağlı təkrar araşdırmalar aparılaraq aşkara çıxarılan döyüşə yararlı təlim silah-sursatları müvafiq orqanlara təhvil verilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Qaradağ rayonu, Lökbatan qəsəbəsində silahlı insident baş vermişdi. Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələmişdi.

Bundan əlavə əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələmişdi.

Bu hadisələrdən sonra məktəblədə təlim silahlarının yığışdırılması prosesinə başlanılıb.

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv