!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ortaq Türk Telekanalı yaradılır

!Reklam – Yazi

c4e9262a213d6f5c1b0116f176575019“Eurasia Life” adlı kanal həm ingilis, həm də türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərəcək

“Ortaq Türk Telekanalı yaradılır, bununla bağlı artıq qərar verilib, televiziyanın struktur layihəsi hazırlanıb”.

Bunu bu gün TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının Bakıda keçirilən iclasında Türk Şurasının layihə direktoru Zamin Əliyev deyib.

O qeyd edib ki, bu təşəbbüs bu ilin iyun ayında türkdilli ölkə başçılarının Bodrumda keçirilən zirvə görüşündə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürüldükdən sonra koordinasiya qrupu yaradılıb: “Bu il oktyabr ayının sonunda koordinasiya qrupunun iclasında kanalın yaradılması barədə qərar qəbul olundu. Kanalın strukturu İdarə Heyətindən, Direktorlar Şurasından və redaksiya heyətindən ibarət olacaq. Telekanal həm ingilis, həm də türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərəcək. Telekanal “Al Jazira”, “Euronews” kimi beynəlxalq status daşıyacaq. Hazırda sınaq yayımları gedir və tezliklə telekanal fəaliyyətə başlayacaq”.

O qeyd edib ki, kanalın adı “Eurasia Life” kimi qəbul olunsa da, adın dəyişdirilməsi də mümkündür.

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv