!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ortaq universitetin mümkün TƏSİRİ: "Xaricə üz tutan tələbələrin sayı azala bilər"

!Reklam – Yazi

“Ortaq universitetin Bakı, Gəncə və Şuşada filialları olacaq”. 

Bunu yaxın vaxtlarda Türkiyə-Azərbaycan ortaq universitetinin yaradılmasına münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, ortaq universitetin təşkili düzgün şəkildə həyata keçirilərsə, ölkədə tədrisin keyfiyyətində müsbət nəticələr əldə etmək mümkün olacaq:

“Azərbaycan və Türkiyə arasında ümumi əlaqələr çoxşaxəlidir və bunlardan biri də təhsil istiqamətidir. Bu fonda növbəti tədris ilində Azərbaycan-Türkiyə ortaq universitetinin artıq hazır olması proqnozlaşdırılır. Ortaq universitetin yaradılması ölkə təhsilinə müsbət töhfələr verə bilər. Başlıca olaraq, tibbyönümlü və müasir dövrün ixtisasları bu universitetdə öz əksini taparsa, ölkədən təhsil üçün kənara çıxan vətəndaşların sayına da müəyyən qədər təsir edə bilər. Bu vətəndaşlar ölkədə qalmaqla, təhsil ala bilərlər. Xatırladım ki, hazırda Türkiyə və Avropada təhsil alan azərbaycanlı tələbələrin sayı 30 min nəfərə yaxındır. Bu tələbələrin təxminən 20 min nəfəri məhz Türkiyə ərazisindədir. Ortaq universitetin yaradılması ilə məlum göstərici yarıya düşə bilər. Eyni zamanda bu, ümumi dövlət sifarişli və ya ödənişli əsaslarla ayrılan yerlərin sayına da təsirsiz ötüşməyəcək.

Yaxşı olar ki, universitetin yataqxanası və laboratoriyası da olsun. Əgər bu amillər nəzərə alınarsa, təhsilin keyfiyyəti baxımından effektivlik əldə etmək mümkün olacaq. Bununla yanaşı, tədris verən şəxslər güclü müəllim və professor heyəti əsasında formalaşmalıdır. Bu, həm Türkiyədən gələn müəllimlərin, həm də xaricdə təhsil almış azərbaycanlıların hesabına reallaşa bilər. Bu müəllimlərə yüksək əməkhaqqı təqdim etməklə, ortaq universitetdə çalışmalarına şərait yaratmaq olar. Sözügedən universitetin Bakı, Gəncə və Şuşada filialları olacaq. Universitetin müvafiq yataqxanasının həmin bölgələrdə olması da mqəsədəuyğundur. Eyni zamanda tələbələrin səmərəli vaxt keçirməsinə şərait yaradılmalıdır”.

Qeyd edək ki, universitetin yaradılması hər iki ölkə başçısı – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ortaq istəyidir.

Gülşən Şərif

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv