Oruc İbrahimov balaca tərəfdaşı ilə görüşdü – VİDEO

9 fevralda keçiriləcək VI çağırış növbədənkənar Parlament seçkilərinə artıq sayılı günlər qalıb.

Namizədlərin əksəriyyəti təbliğat -təşviqat kompaniyasını həm real, həm də virtual olaraq sosial mediada aparırlar.

Bu günlərdə 19 saylı Nərimanov seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Oruc İbrahimovun sosial mediadakı rəsmi səhifəsində paylaşdığı video hər kəsin diqqətini cəlb edib.

Qapı-qapı dolaşıb seçiciləri ilə görüşən Oruc İbrahimov balaca tərəfdaşı ilə tanış olub. Bu balaca və ağıllı qız qapını döyən Oruc İbrahimovu dərhal tanıyıb və gördüyünə sevinib.