Ramazan ayında oruc tutulması ilə əlaqədar qidalanma rejimi də tamamilə dəyişir.
Yenicag.az xəbər verir ki, həkim-dietoloqlar oruc tutan insanların orqanizminin əvvəlki rejimə uyğunlaşmaqda çətinlik çəkdiyini bildirirlər. Belə ki, bir ay ərzində uzunmüddətli aclıq və susuzluq maddələr mübadiləsinin zəifləməsinə səbəb olur. Nəticədə bədən əvvəlki rejimə adabtasiya olmaqda çətinlik çəkir. Buna görə də, xüsusilə bayram günləri həkim məsləhətlərinə qulaq asmaqda fayda var.
Həkimlərin tövsiyələrinə əsasən, bayramın ilk günü orucu açarkən ilk olaraq səhər yeməyi qəbul olunmalıdır. Yemək yeyiləcəksə də, mütləq yumurta ilə hazırlanmış yüngül omletlər və salatlara üstünlük verilməlidir.
Ən çox diqqət olunası məsələ isə şirniyyatlardır. Belə ki, şərbətli şirniyyatlar bayramınızı “qara” gətirə bilər. Bunun əvəzinə südlü şirniyyatlar qəbul edilməlidir. Nəzərə alın ki, bir dilim paxlava iki porsiya meyvə, iki qoz və bir dilim çörəyə bərabərdir.