Oruc tutmaq istəyən şəkərli diabet xəstələri nə etməlidir?

Müqəddəs Ramazan ayının yaxınlaşması ilə əlaqədar sağlamlıq problemləri olan insanların oruc tutması ilə bağlı suallar artıb. Bu sırada şəkərli diabet xəstələri də yer alır.

Bəs həmin xəstələr nələrə riayət etməlidir? Hansı məhsullarla qidalanmalıdır?

Yenicag.az bu sualların cavabını təqdim edir:

1. İlk öncə oruc tutmaq istəyirsinizsə, həkimlə məsləhətləşib bunun sağlamlığınız baxımından uyğun olub-olmadığını öyrənin. Əgər həkim məsləhət bilmirsə, dediklərinə əməl edin!

2. Yüksək riskli qrupa aidsinizsə (insulinə asılı diabet, diabetlə bağlı orqan zədələnmələri və s.) qəti olaraq oruc tutmayın.

3. Həkimə demədən oruc tutmaq istəsəniz, hipoqlikemiya və hiperqlikemiya kimi koma təhlükəsi ilə qarşılaşa bilərsiniz.

4. Hipoqlikemiya riskini artırdığı üçün intensiv məşğələ və idmandan uzaq durun.

5. Əgər oruc tutursunuzsa, yaxın ətrafınızdakı adamlar bundan xəbərdar olmalıdır.

6. Hipoqlikemiya hallarına qarşı yanınızda meyvə suyu, quru üzüm, qənd və ya şəkər tərkibli qida olmalıdır.

7. Özünüzü yaxşı hiss etmirsinizsə və ya qan şəkəri ölçülərində hipoqlikemiya və ya hiperqlikemiya həddini aşarsa, orucu pozun.

8. Davamlı olaraq qan şəkərinizi ölçməyi unutmayın. Qan şəkərini ölçmək orucu pozmaz.

9. Ramazan boyu vücudunuzun ehtiyacı olduğu enerji və maye üçün qidalanmanıza daha çox diqqət edin.

10. İmsakı səhər yeməyi kimi düşünüb yağsız pendir, yumurta, çovdar və ya buğda çörəyi, zeytun, göyərti yeyə bilərsiniz. Yanında isə süd və ya ayran, eləcə də bir porsiya meyvə qəbul etmək olar. Bütün bunlar sizi uzun müddət tox tutacaq və iftara kimi özünüzü rahat hiss edəcəksiniz.

11. Orucunuzu qan şəkərinizi yüksəltməyəcək qidalarla açmağınız daha faydalı olacaq. Bir kasa şorba və ya salat ilə orucu açıb, 10-15 dəqiqə ara verdikdən sonra ət və ya səbzə yemə, qatıq, çovdar və ya buğda çörəyi ilə qidalanmanızı davam edə bilərsiniz.

12. Gecəyarası yeməyində isə gün ərzində yeyə bilmədiyiniz qida qruplarına yer verə bilərsiniz: meyvə, süd və ya qatıq, az miqdarda fındıq, qoz, badam kimi yağlı toxumlar yemək olar.

13. Mayeyə olan ehtiyacınızı ödəyə bilmək üçün iftardan sonra bol sudan əlavə şəkərsiz kompot, ayran, süd, adi çay içə bilərsiniz.

Tahirə Nur

COP29