Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Oruc varlılara aiddir? - Müftinin İSLAMA ZİDD fətvası rezonans doğurdu

Beynəlxalq Müsəlman Alimlər Birliyi (BMAB) oruc tutulması ilə bağlı fətva verib. Birliyin rəhbəri və Avstraliya müftisi Mustafa Rəşid ABŞ telekanallarından birinə verdiyi müsahibədə orucun ancaq varlılar üçün vacib olduğunu deyib. Kasıblar isə könüllü şəkildə oruc tuta bilər:

“Orucun məqsədi kasıbın qarnını doyurmaqdır və bir insan hər gün bir kasıbın qarnını doyurursa, bu, ən yaxşı orucdur”.

İlahiyyatçı Elşad Mahmudov Yenicag.az-a açıqlamasında Beynəlxalq Müsəlman Alimlər Birliyinin sözügedən fətvasının İslam dininə uyğun gəlmədiyini bildirdi:

“Sözügedən Birliyin nədən belə fətva verdiyini bilmirəm. Ortada bir yanlışlıq da ola bilər. Oruc tutmaq, varlı-kasıb, səhhəti uyğun olan hər bir kəsə vacibdir. İslamda, “Qurani-kərim”də, Peyğəmbərimizin hədislərində bu məsələdə belə bir ayrıseçkilik yoxdur ki, varlı oruc tuta bilər, kasıb isə yox. Ona görə də Beynəlxalq Müsəlman Alimlər Birliyi sözügedən fətvanı veribsə, bu, İslama uyğun deyil, həmin fətvanın dinimizlə əlaqəsi yoxdur. Oruc ibadətdir, bütün müsəlmanlara vacibdir. Varlı-kasıb, həddibuluğa çatan və səhhəti, sağlamlığı imkan verən hər kəs oruc tutmalıdır. Həddibulluq yaşı da fiziki dəyişikliklə əlaqəlidir. Bu ərəfə 15 yaşdan götürülür. Fiziki dəyişikliyə görə qız və oğlanlarda bu yaş azala və yaxud çoxala bilər”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

573
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100