!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orxan Camalı kim öldürüb: Rusiya kəşfiyyatına qarşı növbəti ittiham

!Reklam – Yazi

Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilmiş jurnalistlər Orxan Camal, Kiril Radçenko və Aleksandr Rastorquyevin ölümündə Rusiya kəşfiyyatının əli olduğu bildirilir.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, bu iddianı sentyabrın 12-də zəhərlənmə diaqnozu ilə Berlində xəstəxanaya yerləşdirilmiş “Pussy Riot” qrupunun üzvü Pyotr Verzilov Almaniyanın “Bild” nəşrinə müsahibəsində irəli sürüb.

Verzilov bildirib ki, zəhərlənməsinin arxasında Rusiyanın xüsusi xidmət orqanlarının dayandığına şübhə etmir:
“Düşünürəm ki, bu, Rusiya xüsusi xidmət orqanlarının, Baş Kəşfiyyat İdarəsinin işidir. Bu aksiya o qədər yüksək peşəkarlıqla həyata keçirilib ki, başqa nəticəyə gəlmək mümkün deyil.

Yəqin ki, onlar mənim üzərimdə yeni zəhərli kokteyli sınaqdan keçiriblər. Çünki mənim zəhərlənməyim adi qaydada baş verməyib – zəhərlənmənin əlamətləri bir neçə gündən sonra yox, dərhal təzahür edib. Zəhərləndikdən sonra keçən bir neçə gün ərzində ümumiyyətlə, özümdə olmamışam. Hətta gözümü açanda başımın üstə dayanan klinika rəhbərini türmə rəisi zənn etmişdim”.

Verzilov hesab edir ki, onun zəhərlənməsinin əsas səbəbi bu ilin yayında Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının finalında gerçəkləşən “Pussy Riot” aksiyasına qatılması olub.

O, əlavə edib ki, bir neçə ay əvvəl Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilmiş jurnalistlər Orxan Camal, Kiril Radçenko və Aleksandr Rastorquyevin ölüm işini araşdırmaq niyyətindən əl çəkməyib:
“Mənim o jurnalistlərin qətlini araşdırmaq cəhdim də xüsusi xidmət orqanları tərəfindən zəhərlənməyimin səbəbi ola bilər. Bu ehtimal həqiqətə çox yaxındır, nəinki “Pussy Riot” aksiyasında iştirakım”.

www.yenicag.az

3220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv