ABŞ-da keçirilən 94-cü “Oskar” mükafatlandırma mərasimində qalmaqal yaşanıb.
Hadisə “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədlərin açıqlandığı vaxta təsadüf edib.
Belə ki, aktyor Kris Rok çıxışı zamanı Uill Smitin həyat yoldaşının qısa saçı ilə bağlı zarafat edib.
Bundan qəzəblənən U.Smit səhnəyə qalxaraq Roka sillə vurub.
K.Rok isə insidentə: “Bu, televiziya tarixinin ən möhtəşəm gecəsi idi”, – reaksiyasını verib.
Bundan sonra mərasim davam edib.
Qeyd edək ki, daha sonra “Ən yaxşı aktyor” mükafatını almaq üçün səhnəyə qalxan aktyor Uill Smit Kris Roka şillə vurduğuna görə peşman olduğunu dilə gətirib.