!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Oskar” mükafatı nə vaxt veriləcək?

!Reklam – Yazi

Amerikanın “Oskar” kino mükafatının növbəti, 92-ci təqdimetmə mərasimi 2020-ci il fevralın 9-da Los-Anceles şəhərindəki “Dolby Theatre” teatrında keçiriləcək.

Yenicag.az xarici KİV-lərə istinadla xəbər verir ki, mərasimin 25 ölkədə və ərazidə canlı yayımlanacağı gözlənilir. Bundan başqa, təşkilatçılar kino mükafatının reqlamentinə bir sıra dəyişikliklər ediləcəyini bildiriblər.

“Xarici dildə ən yaxşı film” (Foreign Language Film) kateqoriyasının adı “Beynəlxalq bədii film” (International Feature Film) adlandırılacaq. Kateqoriyanın adının dəyişdirilməsi mövcud qaydalara, ərizələrin göndərilməsinə və ya ixtisas tələblərinə təsir etməyəcək.

Reqlamentdə edilən dəyişikliklərə əsasən “Beynəlxalq bədii film” mükafatına namizədlərin siyahısı 10 filmə qədər genişləndirilir, “Qrim və saç düzümü” kateqoriyasında nominasiya filmlərinin sayı üçdən beşədək, siyahı isə 7-dən 10-dək artırılır.

www.yenicag.az

1782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv