Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Oskar” mükafatı öz sahiblərini tapdı

ABŞ-nin Los-Anceles şəhərində “Oskar” mükafatının 93-cü təqdimetmə mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Xloya Çjaonun rejissoru olduğu “Köçərilərin torpağı” filmi 2020-ci ilin ən yaxşı ekran əsəri kateqoriyası üzrə “Oskar” mükafatı qazanıb.

Məşhur britaniyalı aktyoru Entoni Hopkins rejissor Florian Zellerin “Ata” (“The Father”, 2020) dram filmindəki roluna görə ilin ən yaxşı kişi aktyoru kateqoriyası üzrə mükafata layiq görülüb.

Bununla da o, “Oskar” mükafatının ən yaşlı sahibi olub.

İlin ən yaxşı qadın aktrisası nominasiyasında “Oscar” mükafatına “Köçərilərin torpağı” filmindəki roluna görə Franses MakDormand layiq görülüb.

“Mənim müəllimim – səkkizayaqlı ilbiz” sənədli filmi isə 2020-ci ilin “Ən yaxşı sənədli film” kateqoriyası üzrə “Oskar” mükafatına layiq görülüb.

Loading...

www.yenicag.az

173
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100