!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Oskar” mükafatlı məşhur aktrisa vəfat etdi

!Reklam – Yazi

Amerikalı aktrisa Olimpiya Dukakis 89 yaşında dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə onun qardaşı Apollo Dukakis bildirib.

“Mənim sevimli bacım Olimpiya Dukakis bu səhər Nyu-Yorkda dünyadan köçdü”, – o, feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, bacısı bir neçə ay davam edən sağlamlıq problemlərindən sonra vəfat edib.

Qeyd edək ki, yunan immiqrantların qızı Dukakis 1931-ci il iyunun 20-də ABŞ-ın Louell şəhərində (Massaçusets ştatı) anadan olub. Onun kino karyerası 1960-cı illərdə başlayıb.

Dukakis 56 yaşında çəkildiyi “Ayın gücü” filmində ən yaxşı ikinci plan qadın roluna görə “Oskar” və “Qızıl qlobus”a layiq görülüb. Karyerası boyu kinoda 60-dan çox rol oynayıb, 50-dən çox teleserialda çəkilib. O, həmçinin “Polad maqnoliyalar” (1989) filmi ilə məşhurdur.

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv