!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öskürəkdən xilas olmaq üçün bu qarışımdan istifadə edin - Siyahı

!Reklam – Yazi

İstiotu bir ədviyyat kimi yeməklərdə istifadə edirik. Lakin onun faydaları tükənməzdir. Bu bitkidən soyuqlama və öskürəyə qarşı çox güclü təbii dərman da hazırlamaq mümkündür.

Yenicag.az medicina.az-a istinadən ən təsirli öskürək reseptini təqdim edir:

Öskürəkdən əlavə bu çay, təbii antioksidantdır, bədəndə olan sərbəst radikalları azaldır, nəfəs darlığı, menstruasiya ağrıları, həzm problemlərinə də yaxşı təsir edir.

Çayı axşam yeməyindən əvvəl hər gün içmək olar. Ancaq istiota allergiyası olan insanlar yaxşı olar ki, ondan istifadə etməsinlər.

Tərkibi:

• 6 ədəd istiot dənəsi
• 2 ədəd mixək
• 1 diş sarımsaq
• 1 çubuq darçın
• 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zəncəfil və ya yarım çay qaşığı zəncəfil tozu
• İstəyə görə yarım çay qaşığı bal
• 2-3 damcı limon suyu

Bütün məhsulları bir qaba qoyub üzərinə qaynar su tökərək 20 dəqiqə dəmləyin.

www.yenicag.az

5924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv