“Ostankino” qülləsində bomba həyəcanı

Moskva polisinə “Ostankino” qülləsində bomba qoyulması ilə əlaqədar daha bir anonim zəng edilib.

Yenicag.az xəbər verir ki, bununla əlaqədar olaraq Televiziya Mərkəzində yoxlamalara başlanılıb.

Qeyd edək ki, iyununun 17-də binada daha bir axtarış keçirilmişdi. Lakin anonim zəngin əsassız olduğu müəyyən edilmişdi.