Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Otel divarı uçdu: 15 ölü, 29 yaralı - FOTO

Peruda otelin divarı uçub.

Yenicag.az xəbər verir ki, hadisə Abankay vilayətində, “Alambar” otelində, toy mərasimi zamanı baş verib.

Hadisə nəticəsində azı 15 nəfər ölüb, 29 nəfər isə yaralanıb.

Xəsarət alanların hamısı mərasimin qonaqlarıdır.

Mərasimdə ümumilikdə 100 nəfərə yaxın insan olub.

İlkin məlumata görə, hadisəyə son günlər yağan güclü yağışlar səbəb olub.

www.yenicag.az

1296