Otel partladıldı – Ölən və yaralılar var

_45037437_wideshot_afp466Misirin Sinay yarımadasında yerləşən otellərdən birində iki bomba partlayıb.

Terror aktları `Əl-Ariş` otelində törədilib.

Hadisə nəticəsində ən azı 3 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı bildirilir.

Məlumatda vurğulanır ki, terror aktının törədildiyi oteldə seçkilərə cavabdeh olan hakimlər qalırmış.

Hadisə İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının fəal olduğu Sinay yarımadasında həyata keçirilib(Azvision).