Oteldə dəhşətli yanğın – 8 ölü, 10 yaralı

Avqustun 16-dan 17-nə keçən gecə Ukraynanın Odessa şəhərində “Tokyo Star” otelində yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata əsasən yanğın nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

İkinci mərtəbədən başlayan yanğın 1000 kvadrat metr sahəni əhatə edib.

Yanğının söndürülməsi üçün 65 xilasedici və 13 texnika cəlb olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.