Oteldə partlayış oldu – Ölənlər və yaralılar var

Əfqanıstanın Host vilayətində oteldə partlayış baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, azı 3 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Partlayış Pakistandan olan qaçqınların da gəldiyi oteldə baş verib.