Ötən ay 27 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

Ötən ay 27 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bu barədə Yenicag.az-a Prezident yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Bundan başqa, iyun ayı üzrə 66 nəfərə fəlsəfə doktoru, 8 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə 25 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib, 2 nəfərə isə elmi ad verilməsindən imtina edilib. Eyni zamanda, 4 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb, 1 nəfərin isə tanınmasından imtina edilib.