Ötən ay Dövlət Proqramı İdarəetmə Qrupuna nə qədər müraciət daxil olub?

İyun ayı ərzində Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən cavablandırılan vətəndaş müraciətlərinin sayı açıqlanıb.

Dövlət Proqramı İdarəetmə Qrupundan Yenicag.az-a bildirilib ki, iyun ayı üzrə ümumilikdə 1928 müraciət daxil olub.

Müraciətlərin 965-i çağrı mərkəzləri, 61-i sosial media, 21-u vatsap vasitəsilə, 848-i elektron, 29-u yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 4 müraciət qeydə alınıb.

Hər bir müraciət qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və cavablandırılıb.

COP29